TİBB TƏHSİLİ

Almaniyada 32 fakültə üzrə tibb təhsili vardır ki, onların da keyfiyyəti digər avropa ölkələri ilə müqayisədə çox yüksəkdir.Tibbi təhsil adətən 6 il (12 semestr) davam edir və həmin müddətə həmçinin 11 və 12 semestrlərdəki 1 illik praktiki treyninq proqramı da daxildir. Digər dünya dövlətlərindən fərqli olaraq Almaniyada tibbi universitetlərin iki əsas özəlliyyi vardır. Beləki birinci 2 il əsasən biologiya,anatomiya,histopatologiya,kimya,fizika və s,sahələr üzrə nəzəri tibbi bilikləri əhatə edir.

Üçüncü ildən başlayaraq tam tibbi təhsillə yanaşı daxili tibb,cərrahlıq və s üzrə praktiki treyninqlər keçrilir.

Əksər tibb universitetlərində tədris alman dilində aparılır.Almaniyada orta təhsil Azərbaycan orta təhsil sistemindən fərqləndiyi üçün müraciət edən tələbələrimiz birbaşa qəbul üçün ancaq 2-ci kursu bitirib müraciət etməlidirlər.Studienkollegə(hazırılıq) qəbul olmaq üçünsə 1-ci kursu bitrmək kifayət edir. Qəbul üçün (Studienkolleg) ən azı B2 səviyyəsi, bir başa universitetə qəbul üçünsə TestDAF və DSH sertifikatı tələb olunur.

Tibb universitetlərinə qəbul üçün həmçinin universitet qiymətlərinin də yaxşı olması şərtdtir.