BANK HESABININ AÇILMASI

Milli vizaya müraciət edənlər üçün Almaniyada bankların birində həmin şəxsin adına hesab açılır və nəzərdə tutulmuş məbləğ həmin hesaba köçrülür. Vizaya müraciət üçün bankdan göndərilən arayışda hesabnızda lazımı məbləğin olduğu göstərilir və viza müraciəti zamanı səfirliyə təqdim olunur.

Hesabnızdakı məbləğ ən azı 7958 euro və əlavə olaraq 50 euro (hesabın açılması üçün) civarında hesablanır. Müraciətçi həmin hesabı ancaq Almaniyada olduğu müddətdə aktivləşdirərək yalnız aylıq 658 euro istifadə edə bilir.

Almaniyada bank hesabı açmaq üçün xarici pasport kopyası Almaniyanın Azərbaycandakı səfirliyində təsdiqləndikdən  sonra uyğun bank qeydiyyatı formu tamamlanaraq banka göndərilir.

 Bank qeydiyyat formları OSKAR tərəfindən təşkil edilir.Bu formlarda əsasən kiçik yaşlı müraciətçilər və böyük yaşlı müraciətlər olmaqla 2 kateqoriyaya ayrılır.Düzgün forma seçilmədikdə sənədlər geri göndərilir.