Sual-Cavab

Sizinlə necə əlaqə saxlamaq olar?
Bizim ünvan Cəfər Cabbarlı 44, Caspian Plaza 1/8 (Nizami metrosu yaxınlığında) - 012 96 5638 / 070 596 5638

Almaniya təyyarə bileti təxminən neçiyədir?
Gediş dönuş təqribən 450 - 550 AZN arası dəyişir

Almaniyadakı universitetlər üçün son müraciət tarixi nə vaxtdır?
Almaniyada bir çox universitetlərdə Bakalavr təhsili üçün son müraciət 15 iyul, Magistr təhsili üçün isə 31 May,PHD üçün 15 iyuldır.

Əgər İngilis dili sertifikatı yoxdursa,digər sənədlər qaydasındadırsa Almaniyada təhsil üçün universitetlərdən şərtli qəbul almaq  mümkündürmü?
Almaniyadakı universitetlər ancaq qəbulu tamamlanmış sənədlər əsasında verir.Sənədlərdən hər hansı biri çatmırsa şərtli qəbul verilmir.

Alman dilini bilmədən Almaniyada təhsil almaq olarmi?
Bəli,əgər alman dilini bilmirsizsə,siz Almaniyada uzun müddətli alman dili kursu keçərək qəbul üçün lazım olan sertifikatı ala bilərsiz.

Almaniyada universitetlər özəldir yoxsa dövlət?
Almaniyada universitetlərin əksəriyyəti dövlət universitetidir və bu universitetlər Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən tanınır.

Almaniyada təhsil ödənişlidirmi?
Almaniyada əksər universitetlər ödənişsiz olsada bəzi universitetlər var ki,az miqdarda ödənişləri(1 semestri təxminən € 500) olan universitetlərdə vardır.

Almaniyada Universitetlərin təhsil haqqının az olması və ya heç olmaması təhsilin keyfiyyətinə təsiri varmi?
Almaniyada universitetlərin az ödənişli olması və ya heç təhsil haqqı olmaması təhsilin keyfiyyətindən asılı deyil sadəcə Alman dövlətinin qərarıdır.

Almaniyada aylıq yaşayış xərcləri təxminən nə qədərdi?
Almaniyada yaşayış xərcləri(qalmaq,yemək,nəqliyyat və.s)təxminən 450-550 Azn arasında dəyişir.

Almaniyada işləməyə icazə verilirmi?
Əgər əyani tələbəsizsə(milli viza alanlar üçün) sizə iş icazəsi tələb olunmadan, bir il ərzində 90 gün (3 ay) part time işləmək üçün icazə verilir.Qısa müddətli (şengen )vizaları alanlara iş icazəsi verilmir.

Almaniyada açılmış bank hesabına hansı məbləğ köçürmək lazımdır?
Milli viza almaq üçün Almaniyada açılmış bank hesabnıza € 7908 və € 50 bank registrasiyası üçün ödənilir.

Almaniyada təhsil üçün Azərbaycanda Bank hesabı göstərmək olarmi?
Almaniyanın Azərbaycandakı səfirliyi uzun müddətli milli vizalar üçün yalnız Alman banklarında açılmış hesabı qəbul edir.

Almaniyada olduğum müddətdə bank hesabımdan bütün məbləği çıxarmaq olarmı?
Almaniyada olduğunuz müddətdə siz bank hesabnızdan yalnız aylıq maksimum € 659 çıxara bilərsiz.

Milli vizadan imtina almışamsa bank hesabımdakı məbləği necə geri ala bilərəm?
Əgər vizadan imtina olunubsa siz Bakıdakı Alman səfirliyindən imtina olunmasına dair təsdiq məktubun alman bankına göndərərək geri ala bilərsiz.

Almaniyada olduğum müddətdə vizanı necə uzatmaq olar?
Əgər vizanız Şengen vizasıdırsa siz ancaq qanunla müəyyən  edilmiş müddətdə Almaniyada qala bilərsiz.Sizin vizanız əgər  Milli vizadırsa onu Almaniyada olduğunuz müddətdə xaricilərlə iş üzrə məsul olan idarəyə müraciət edərək artıra bilərsiz.

Almaniya  səfirliyində viza rüsumu nə qədərdir?
Şengen vizaları üçün rüsum €60-dır. Milli viza üçün də rüsum €60 dır. Azyaşlılar üçün viza rüsumu €30-dır.

Viza üçün müraciətimizə baxılma müddəti nə qədərdir?
Şengen vizası üçün müraciətlərə bir qayda olaraq 3-5 iş günü ərzində baxılır. Milli vizanın baxılma müddəti ən azı 3 həftə davam və bəzəndə bir aydan çox da ola bilir.