TİBBİ PRAKTİKA

Hər bir həkim və həkim namizədi tələbə, öz kariyerasına rəng qatmaq istər. Azərbaycan sərhədlərindən xaricə çıxaraq xəstəxana vəya klinikada əcnəbi bir həkimin yanında təcrübə keçmək, yeniliklər öyrənmək və onu öz kariyerasında tətbiq etmək hər bir kandidata fərqli bir xüsusiyyət qatar.
 

Odur ki, xaricdə təhsildə etibarlı bələdçiniz olan Oskar Xaricdə Təhsil mərkəzi artıq sizin bu arzularınızı reallaşdırmaq üçün bütün hazırlıqları tamamladı. Siz, bize müraciət etməklə Almaniya dövlətində öz sahənizdə fəaliyyət göstərən bir həkimin yanında 4 vəya 8 həftəlik praktika keçə bilərsiniz. Praktika zamanı bütün əməliyyatlarda iştirak edəcək, həkim tərəfindən lazımi təlimatları yerinə yetirəcək və yeniliklərlə canlı olaraq tanış olacaqsınız.
 

Sizin bu proqramda iştirakınız zamanı, bütün xidmətlər yüksək səviyyədə göstəriləcəkdir. Almaniyada yaşayacağınız yer, qarşılanma, sığorta, viza dəstəyi və sairə təcrübəli mütəxəsislər tarəfindən təşkil olunacaqdır.

Proqramda iştirak etmək üçün şərtlər sadədir:

Həkimlər:
- Orta səviyyədə İngilis dili bacarığı

Tələbələr:
- B2 səviyyəsində Alman dilini bilmək
- Ən az 3 cü kurs tələbəsi olmaq


 Proqram xərcləri:
 Proqrama pulu (qeydiyyat, yaşayış yerinin təşkili, qarşılanma, sığorta, viza dəstəyi, sənədlərin tərcüməsi və təsdiq olunması): 4000 Euro
Təyyarə bileti: 400-600 Euro (gediş/dönüş)
Qidalanma: 200 Euro (1 ay)
Yaşayış: (mənzil) 300 Euro (1 ay)
Nəqliyyat: 75 Euro (1 ay)
Viza rüsumu: 60 Euro


Müraciət tarixləri və proqram müddəti:

  1. Həkimlər üçün: Hər ay müraciət. 4 vəya 8 həftə proqram müddəti. İştirak tarixindən ən az 2 ay əvvəl müraciət olunmalıdır.
  2. Tələbələr üçün: Yay tətilində, 4 vəya 8 həftə proqram müddəti. Son müraciət tarixi 01 Aprel 2012.

    Müraciət üçün tələb olunan sənəd və ödənişlər:
  1. Şəxsiyyət vəsiqəsinin və pasportun surəti
  2. 2 ədəd foto şəkil 3x4 ölçüdə
  3. Universitetdən arayış və qiymət cədvəli (tələbələr üçün)
  4. İş yerindən arayış və CV (İngilis vəya Alman dilində)
  5. Sertifikat/Diplom/Seminar/Təcrübə sənədi (varsa)
  6. 2000 Euro ilkin ödəniş. (ikinci ödəniş olan 2000 Euro sənədlər səfirliyə təqdim olunmadan ödənilir)